Viva

  • HAQQIMIZDA
  • XİDMƏTLƏRİMİZ
  • BLOQ
  • ƏLAQƏ
25 April 2024, Thursday / Published in Bloq

Media ilə əlaqələr üzrə 4 məsləhət

İctimaiyyətlə Əlaqələrdə ən həssas tərəflərdən biri media ilə əlaqələr sahəsidir. Bəzi kommunikasiya mütəxəssisləri mətbuatla işi düzgün qura bilmədiyinə görə müxtəlif çətinliklər, bəzən isə böhranlar yaşayır.

PR və marketinq mütəxəssislərinə faydalı olacağını düşündüyümüz 4 məsləhəti təqdim edirik:

  1. Foksunuzu daraldın
  • Maksimum sayda jurnalistlə əlaqə qurmaqdansa tanıdığınız az sayda jurnalistlərə daha çox vaxt sərf etməyə çalışın.
    Müəllif: Derek DeVries – PR, kommunikasiya, sosial media mütəxəssisi, Vest Miçiqan Universitetinin professoru.
  • Son zamanlar sizə yaxın mövzularda materiallar hazırlayan jurnalistləri tapın, onlarla işləyin.
    Müəllif: Ceyson Cekobs – “RunKeeper” tətbiqetməsinin yaradıcısı.
  1. Heç kəsin zamanını boşa xərcləməyin
  • Mediaya real xəbər ötürün. Jurnalsitlərin vaxtını boşa xərcləməyin. Kimlərlə təmasda olduğunuzu və onlara nə lazım olduğunu yaxşı başa düşün.
    Müəllif: İan Edvards – davamlı kommunikasiya mütəxəssisi
  • Onlara xəbər verin. Nağıl danışmayın, yalan danışmayın. İnformasiya çəkisi olan və auiditoriyaya maraqlı məlumat verin.
    Müəllif: Ani Hovard – “Rush PR News”un təsisçisi.
  1. Müasir kanallardan istifadə edin
  • Jurnalistlərin ciddi mənbə kimi yanaşdığı platformalardan istifadə edin.
    Müəllif: Betina Verqara – “La Belle Carte”, “Wonderbush” tədbir təşkilatçılığı şirkətlərinin qurucusu.
  • Əlaqə qurmaq istədiyiniz jurnalistləri sosial mediada tapın və münasibət yaradın (dost olun, izləyin və s.). Onlar sualları olduqda sizə sosial media üzərindən müraciət edəcək və söhbət və müzakirələriniz yarana biləcək. Beləliklə, jurnalistlərlə dostluq quracaqsınız.
    Müəllif: Derek DeVries – PR, kommunikasiya, sosial media mütəxəssisi, Vest Miçiqan Universitetinin professoru.
  1. Daha çox cəlbedici və daha az inadkar olun
  • Jurnalistlərlə münasibətlərinizin yüksək səviyyədə qurulmasına və qarşılıqlı hörmətə əsaslanmasına diqqət yetirin.
    Müəllif: İan Edvards – davamlı kommunikasiya mütəxəssisi
  • Bir jurnalistdən sizin və ya işlədiyiniz şirkət barədə material hazırlamasını xahiş etmək yaxşı fikir deyil. Müxbir belə təkliflərdən asılı olmadığını (sizə və ya özünə) təsdiq etmək üçün bunu rədd edə bilər. Həqiqətən əlinizdə yaxşı bir mövzu varsa sadəcə bu barədə ona məlumat verin, jurnalist maraqlı mövzunu qiymətləndirə biləcək və yazacaq.

Müəllif: Şeldon Qordon – keçmiş qəzet və TV jurnalisti

  • Tweet
Tagged under: media, media ilə əlaqə

What you can read next

Qida sektorunda kommunikasiya
Daşınmaz əmlak sektorunda kommunikasiya
Bank sektorunda kommunikasiya

AXTARIŞ

Bloq yazıları

  • Seçkilər zamanı PR

    Seçki kommunikasiyasında düzgün mesajların formalaşdırılması

    Seçki prosesi siyasi PR-ın ən aktiv dövrlərində...
  • Daşınmaz əmlak sektorunda kommunikasiya

    Azərbaycanlının həyatında ev xüsusi yer tutur. ...
  • Bank sektorunda kommunikasiya

    Bank məhsul və xidmətləri standartdır, məhdud s...
  • Qida sektorunda kommunikasiya

    Qida sektorunda kommunikasiya – PR, planlama, t...

ARXİV

  • August 2024
  • April 2024
VİVA
  • Haqqımızda
  • Bloq
SOSİAL
  • Facebook
  • Instagram
  • LinkedIn

📞 +994 99 672 77 33

[email protected]

© 2024 All rights Reserved VIVA Communications

TOP
×