Haqqımızda
Biz kommunikasiyanın dəyişdirici gücünə inanırıq. Auditoriya duyumu, əsaslı hekayə, aydın mesaj, uyğun kanal və davamlı qarşılıqlı əlaqənin vəhdəti düşüncələri pozitiv stimullaşdırmaq və idarə etmək potensialına malikdir.
“Viva” kommunikasiya agentliyi olaraq biz müştərilərmizlə birlikdə həmin potensialı reallaşdırırıq.
“Viva” komandası araşdırma, strategiya, PR, marketinq, jurnalistika, hekayə yazarlığı («story telling»), tədbir təşkilatçılığı üzrə ixtisaslaşmış mütəxəssislərdən və yaradıcı şəxslərdən ibarətdir. Əməkdaşlarımız kommunikasiyanın qeyd olunan sahələri üzrə Azərbaycanda, həmçinin Avropanın, Asiyanın və Afrikanın fərqli ölkələrində həm təhsil, həm iş təcrübəsinə malikdirlər.
Komandamız ictimai rəy araşdırmaları, daxili kommunikasiya, ictimaiyyətlə əlaqələr (PR), marketinq kommunikasiyaları, brendinq, rəqəmsal kommunikasiya, media əlaqələri kimi istiqamətlərdə həllər təklif edir. Hər müştərinin unikal olduğunu nəzərə alır, fərqli ehtiyaclara özəl yanaşmalar göstərir.
“Viva” komandası öz bilik və təcrübəsini dövlət qurumları, qeyri-kommersiya təşkilatları, şirkətlər və ictimai fiqurlar üçün təqdim edir. Fəaliyyətinizin xüsusiyyətlərini, məqsədlərinizi, ehtiyaclarınızı, auditoriya qruplarınızı dərindən başa düşmək üçün ciddi zaman sərf edirik. Bu da bizə rezonans doğuran və uğurlu nəticələr verən strategiyalar hazırlamağa imkan verir.
Nəinki strateji kommunikasiya, həmçinin xüsusi PR və marketinq kampaniyalarınızın hədəfi vurması üçün uğurlu layihələr icra edirik.
“Viva” kommunikasiya agentliyinin əməkdaşlıq anlayışı səmimiyyətə və peşəkarlığa əsaslanır. Biz etimad, şəffaflıq və ortaq uğur üzərində qurulmuş uzunmüddətli münasibətləri inkişaf etdirməyə sadiqik. Biz nailiyyətlərimizi təkcə rəqəmlərlə deyil, həm də müştərilərimizin öz sferasına etdiyi müsbət təsirlə ölçürük.
Gəlin, uğur hekayələrinizi birlikdə kommunikasiya edək.
AXTARIŞ
Bloq yazıları
-
Seçki kommunikasiyasında düzgün mesajların formalaşdırılması
Seçki prosesi siyasi PR-ın ən aktiv dövrlərində... -
Daşınmaz əmlak sektorunda kommunikasiya
Azərbaycanlının həyatında ev xüsusi yer tutur. ... -
Media ilə əlaqələr üzrə 4 məsləhət
İctimaiyyətlə Əlaqələrdə ən həssas tərəflərdən ... -
Bank sektorunda kommunikasiya
Bank məhsul və xidmətləri standartdır, məhdud s... -
Qida sektorunda kommunikasiya
Qida sektorunda kommunikasiya – PR, planlama, t...